Macarıstandakı səfirliyimizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə səfirlik əməkdaşları, Macar-Azərbaycan dostluq cəmiyyətinin üzvləri, Budapeştin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, macar ictimaiyyətinin və media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Vilayət Quliyev son illərdə dünyanın bir çox ölkələrində Azərbaycan diasporunun fəaliyyətində bir canlılıq yarandığını, bunun da ilk növbədə respublikamızda həyata keçirilən məqsədyönlü siyasət, eyni zamanda coşqun tərəqqi və inkişafla bağlı olduğunu bildirib. Səfir Azərbaycan həqiqətlərinin dünya miqyasında yayılması baxımından xarici ölkələrdə yaşayan həmvətənlərimizin planlı fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayıb. Vilayəti Quliyev həmvətənlərimizin hər birini “Azərbaycan mənə nə verib?” prinsipi ilə deyil, “Mən Azərbaycana nə verə bilərəm?” prinsipi ilə hərəkət etməyə çağırıb.
Macar-Azərbaycan Dostluq cəmiyyətinin sədri Svetlana Abdullayeva son bir il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi. və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilən layihələrdən söz açıb, Macarıstanda Azərbaycana, onun qədim tarixinə və təkrarsız mədəniyyətinə marağın durmadan artdığını söyləyib. Daha sonra azərbaycanlı tələbələrin nümayəndələri çıxış edərək macar gəncləri ilə yaratdıqları əlaqələrdən danışıblar. Tədbir ziyafət və özfəaliyyət konserti ilə davam etdirilib.

Oxşar yazılar

İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16