Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiqləyib
APA-nın əməkdaşı xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclasın qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyib. Yalnız ayrı-ayrı dairələr üzrə ümumilikdə 46 məntəqədə səsvermənin nəticələri ləğv olunub ki, bu da dairələr üzrə nəticələrə təsir etmir.
Xatırladaq ki, 2010-cu il noyabrın 7-də 4-cü Çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb.
Seçici siyahılarında 4 946 588 nəfər səsvermə hüququ olan vətəndaşın adı olub. Seçkilərdə 2 480 205 seçici (ölkə üzrə seçicilərin 50,14%-i) iştirak edib.
Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyib.
MSK 7 noyabr seçkiləri ilə bağlı 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib, DSK-lar tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı 3 olub.
Seçkilərdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə qələbə qazanmış digər şəxslər bitərəflərdir.
MSK seçkilərlə bağlı yekun protokolu noyabrın 22-də təsdiqləyərək, Konstitusiya Məhkəməsinə göndərib.

717