Yatmazdan əvvəl şirniyyat yemək olar? – Cavab
19 oktyabr 2022 12:16 (UTC +04:00)

Yatmazdan əvvəl şirniyyat yemək olar? – Cavab

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugün “yatmazdan əvvəl şirniyyat yemək olar?” sualına cavab tapacağıq.

Daha çox uşaqlar və qadınlar yuxudan əvvəl axşam un məmulatı və şirniyyat yeyir. Endokrinoloq Antonina Qureyeva axşam şirniyyat yeməyin fəsadı olndan danışıb.

"Bu qidaları yuxudan əvvəl yedikdə qanda şəkərin miqdarı yüksəlir.

Əslində isə yuxuda şəkər düşməlidir. Əgər şirniyyat yesəniz, şəkər qalxacaq, böyrəküstü vəzilər məcbur olub aktiv işləməyə başlayacaq, bu da yuxudan təşvişlə oyanmağa, daha çox gecə 3-də qalxmağa və yuxunun pozulmasına səbəb olacaq.

Siz axşam yeməyini saat 8-də bitirib, yatana kimi heç nə yeməməlisiz. Bir də səhər yeməyinə qədər qidadan uzaq durmalısız.

Səhər isə yüksəkkeyfiyyətli yağ və zülalla zəngin qidalar yeyin.

Əgər siz yeməkdən sonra yuxululuq və şirniyyat yemək istəyi hiss edirsizsə, bu o deməkdir ki, həddən artıq çox karbohidrat yemisiz. Buna diqqət yetirsəz, axşam şirniyyat yemək istəyi olmayacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2781
avatar

Oxşar yazılar