Endokrinoloq Zuxra Pavlova səhər yeməyinin hansı vaxtda yeyilməsinin daha yaxşı olduğunu açıqlayıb.
Lent.az xəbər verir ki, səhər yeməyi ideal olaraq səhər saat 8-dən əvvəl edilməlidir.
Mütəxəssisin sözlərinə görə, bu halda şəkərli diabetin inkişaf riski demək olar ki, 59% azalır.
Bildirilir ki, bunun bioloji saata görə insanın yuxudan oyandıqdan dərhal sonra yemək yeməsi ilə əlaqədar olduğunu irəli sürüb.
"İlk yeməyi gecikdirsəniz, orqanizm üçün qlükoza, insulin və lipidlərin səviyyəsinə nəzarət etmək çətinləşəcək", - deyə endokrinoloq qeyd edib.
Səhər yeməyinin tərkibi haqqında danışarkən, həkim qeyd edib ki, qidalar insanı doyurmalı və tərkibində yağlar, zülallar, karbohidratlar olmalıdır. Bu arada həkim yeməkdən bir saat sonra qəhvə içməyi məsləhət görüb.