Leysan yağışları Zaqatalada bir sıra fəsadlar törədib.
Lent.az APA-ya istinadla xəbər verir ki, oktyabrın 1-dən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə leysan yağışları müşahidə olunur. Oktybarın 1-i və 2-i gecə saatlarında dağlıq ərazilərdə yağan leysan və intensiv yağışlar nəticəsində çaylarda suyun səviyyəsi kəskin artıb.
Zaqatalanın Muxax, Tala, Bəkməz və Micqar çaylarında suyun səviyyəsində kəskin artım müşahidə olunub. Mişleş kəndində sel suları yolun 300 metrdən çox hissəsini yuyub. 40 ailənin yaşadığı Mişleş kəndinə gediş-gəliş çətinləşib.
Eyni zamanda rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xəttinin 300 metrdən çox hissəinin torpaq örtüyü yülulub. Bəkməz və Micqar çaylarında suyun artması səbəbindən rayonun Axaxdərə dağ kəndinə gedən yolda çayların üzərindəki körpü və suötürücü qəzalı vəziyyətə düşüb. Kəndə gediş-gəlişdə çətinliklər yaranıb.
Zaqatala rayon Fövqaladə Hallar Komisiyasından bildirlib ki, yarğışların yaratdığı fəsadlarla bağlı yerlərdə baxış keçirilib, vəziyyətlə yaxından tanış olublar.
Fəsadların aradan qaldırılması ilə bağlı müvafiq qrumlara tapşırıq verilib, hazırda tədbirlər görülür.




