İsrailli aktyor Qay Kapulnik ABŞ-ın Kaliforniya ştatında birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, məlumata görə, təyyarəni Qay Kapulnik idarə edib.
Aktyor Los-Ancelesdə yaşayıb. O, daha çox 2020-ci ildə ekranlara çıxan “The Call of the Wild” filmindəki rolu ilə tanınıb.
Qəzanın digər təfərrüatları açıqlanmayıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.
Daha əvvəl “Los Angeles Times” qəzaya düşən təyyarənin sentyabrın 24-də Hesperia şəhərində qəzaya uğradığını yazıb. Hadisə nəticəsində iki nəfər ölüb.