Arvad xəyanət edən  ərindən qisas aldı:  kişinin ayaqları sındırıldı, qadın zorlandı
03 oktyabr 2026 18:40 (UTC +04:00)

Arvad xəyanət edən ərindən qisas aldı: kişinin ayaqları sındırıldı, qadın zorlandı

0

Hindistanda bir qrup kişi otel otağında olan cütlüyə hücum edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, kişi və qadın oteldə otaq kirayələyərək birlikdə vaxt keçiriblər. Bu zaman beş nəfər otağa daxil olub. Onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər, cütlüyün əl-qolunu bağlayıblar, ağızlarına parça basıblar və onları zorla avtomobilə mindiriblər.

Məlumata görə, kişi Tiruppura aparılarkən ağır şəkildə döyülüb. Nəticədə onun qol və ayaqlarında çoxsaylı sınıqlar yaranıb.

Daha sonra qadın Tiruppur yaxınlığındakı xəstəxananın yanında avtomobildən düşürülüb. Bundan sonra qrup üzvlərindən ikisi onu zorla başqa avtomobilə mindirib və cinsi zorakılığa məruz qoyub.

Bir müddət sonra qadın polisə müraciət edib. Hüquq-mühafizə orqanları əməliyyat keçirərək bütün şübhəliləri saxlayıblar. Onlardan biri hava limanı yaxınlığında tutulub.

Polisin araşdırmasına görə, hücum zərərçəkmiş kişinin həyat yoldaşının göstərişi ilə həyata keçirilib. Qadının telefon vasitəsilə ərinin yerini müəyyən etdiyi və həmin məlumatı hücum edən şəxslərə ötürdüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar