65 və 82 faizli yağlar   eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
12 sentyabr 2026 19:04 (UTC +04:00)

65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?

0

Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər.

Lent.az xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur.

Kərə yağı südün maye hissəsindən süd yağının ayrılması yolu ilə hazırlanır. Məhz yağ və su nisbəti məhsulun hansı yeməklər üçün daha uyğun olduğunu müəyyən edir.

Məlumata əsasən, əsl kərə yağında 80-90 faiz süd yağı, maksimum 16 faiz isə su olmalıdır. Yağlılıq faizi bundan aşağı olan məhsullar texniki baxımdan başqa kateqoriyalara aid edilir, baxmayaraq ki, gündəlik həyatda onlar da tez-tez“kərə yağı adlandırılır.

65 faiz, yoxsa 82 faiz – hansını seçmək lazımdır?

65 faiz yağlı məhsulda suyun miqdarı daha çoxdur. 82 faiz yağlı kərə yağında isə süd yağının konsentrasiyası yüksək olur. Bu fərq xüsusilə də dəqiq ölçülər tələb edən şirniyyat reseptlərində böyük əhəmiyyət daşıyır.

Tort, peçenye, tartalet, kruassan, qat-qat xəmir və ovulan xəmir hazırlamaq üçün 82 faiz yağlı kərə yağı daha uyğun hesab edilir.

Tərkibində suyun az olması xəmirin daha zərif və zəngin dada malik olmasına, eyni zamanda sobada bərabər qalxmasına və qızarmasına kömək edir.

Təxminən 65 faiz yağlı məhsullar isə gündəlik istifadə üçün daha münasibdir. Onlardan sendviçlərdə, omlet hazırlayarkən və bəzi məhsulları qızardarkən istifadə etmək olar.

Lakin şirniyyat reseptlərində 82 faiz yağlı kərə yağını 65 faizli məhsulla əvəz etmək məsləhət görülmür. Bu halda xəmirin teksturası və hazır məhsulun nəticəsi gözləniləndən fərqli ola bilər.

Mütəxəssislər bişirmə zamanı duzsuz kərə yağından istifadə etməyi də tövsiyə edirlər. Bu, hazır yeməkdə duzun miqdarını daha dəqiq nəzarətdə saxlamağa imkan verir.

Əgər reseptdə xüsusi olaraq 80-82 faiz yağlı kərə yağı göstərilibsə, onu daha az yağlı məhsulla əvəz etmək həm teksturaya, həm də yeməyin yekun nəticəsinə təsir edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar