Ay torpağında əvvəllər görülməyən  “maqnit fosili” tapıldı
04 oktyabr 2026 04:15 (UTC +04:00)

Ay torpağında əvvəllər görülməyən “maqnit fosili” tapıldı

0

 

Çinin “Chang'e-6” missiyasının Aydan gətirdiyi nümunələrdə təbii Ay materialında əvvəllər müəyyən edilməmiş maqnit mineralı aşkarlanıb.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily Çin Elmlər Akademiyasına istinadən məlumat yayıb.

Söhbət γ-Fe adlanan metal dəmir formasından gedir. Nanometr ölçülü hissəciklər meteorit zərbələri nəticəsində yaranmış şüşə strukturların içərisində tapılıb.

Alimlərin fikrincə, bu hissəciklər sabit maqnit siqnalını saxlaya bildiyindən Ayın milyardlarla il əvvəl mövcud olmuş maqnit sahəsi barədə məlumat verən mikroskopik “zaman kapsulu” rolunu oynaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar