“Barselona”nın hücumçusu Rafinya sentyabr ayının yekunlarına əsasən La Liqanın ən yaxşı futbolçusu seçilib.
Lent.az xəbər verir ki, braziliyalı futbolçu sentyabrda İspaniya çempionatında keçirdiyi 4 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Rafinya əvvəlcə “Valensiya” ilə görüşdə fərqlənib. Daha sonra isə Rasinq” və “Sevilya” ilə oyunlarda het-trik edib və üç dəfə rəqib qapısına yol tapıb.
2026/27 mövsümündə 29 yaşlı futbolçunun hesabında ümumilikdə 12 qol və 3 məhsuldar ötürmə var.
“Barselona” cari mövsümdə hələ məğlub olmayıb və turnir cədvəlinə liderlik edir.
Ayın ən yaxşı futbolçusu mükafatı uğrunda səsvermədə Rafinya Kilian Mbappeni (“Real”), Conatan Devidi (“Atletiko”), Serxio Kamelyonu (“Rayo Valyekano”) və Fer Ninyonu (“Elçe”) qabaqlayıb.
Bu, Rafinyanın ardıcıl ikinci dəfə La Liqada ayın ən yaxşı futbolçusu seçilməsidir.
