Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Turan Tovuz” bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Lent.az xəbər verir ki, Qərb təmsilçisi Türkiyənin “Fənərbaxça” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.
Oyun İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 60-cı dəqiqədə N. Kante və 74-cü dəqiqədə Ç. Balta vurublar.