Ucarda avtomobil velosipedçini vuraraq öldürdü
04 oktyabr 2026 03:46 (UTC +04:00)

Ucarda avtomobil velosipedçini vuraraq öldürdü

0

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili velosipedçini vurub. Ağır xəsarət alan 40–45 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar