Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhər 36 saylı orta məktəbdə 21 şagird konfetdən zəhərlənib.
Lent.az xəbər verir ki, APA TV-nin əməkdaşı hadisə ilə bağlı həmin məktəbə gedərək, zəhərlənən şagirdlərin valideynləri və sinif yoldaşlarını danışdırıb.
Sinif yoldaşlarının sözlərinə görə, şagirdlərdən biri evdən konfet gətirib. Araşdırma zamanı həmin şagirdin gətirdiyi şirniyyat məhsullarının son istifadə tarixinin keçdiyi məlum olub. Həmçinin məlumata görə, konfetləri gətirən şagird Sumqayıtda babası və nənəsi ilə birgə yaşayırmış.
Zəhərlənən şagirdlərin valideynləri bildirib ki, uşaqlarda ürəkbulanma olub. Buna görə də sinfin bütün şagirdləri xəstəxanaya yerləşdirilib.
Ətraflı reportajı izləyin: