NASA-nın “Curiosity” roveri Mars səthində 5000 Mars gününü tamamlayıb.
Lent.az xəbər verir ki, bu barədə ScienceDaily NASA-ya istinadən məlumat yayıb.
Rover yubiley münasibətilə səhər və günorta saatlarında Marsın eyni mənzərəsini çəkib. NASA iki görüntünü birləşdirərək xüsusi panorama hazırlayıb.
Fotoda “Curiosity”nin özü, təkər izləri, Sharp dağı və Gale kraterinin nəhəng landşaftı görünür. Rover 2012-ci ildən Marsda fəaliyyət göstərir.