NASA-nın “Roman” teleskopu planet axtaran “gözünü” açdı
04 oktyabr 2026 03:26 (UTC +04:00)

NASA-nın “Roman” teleskopu planet axtaran “gözünü” açdı

0

 

NASA-nın Nancy Grace Roman kosmik teleskopunun koronqraf cihazı ilk kosmik görüntülərini əldə edib.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily NASA-ya istinadən məlumat yayıb.

Sınaqlar teleskopun hədəfi son dərəcə yüksək dəqiqliklə izləyə bildiyini göstərib. NASA bunu təxminən 240 kilometr uzaqlıqdan qəpik ölçülü obyektə lazer tuşlamaq dəqiqliyi ilə müqayisə edir.

Koronqraf Böyük Magellan Buludundakı ulduzların fokuslanmış görüntülərini də əldə edib. Texnologiyanın gələcəkdə ulduzların işığını bloklayaraq onların ətrafındakı planetləri birbaşa görməyə kömək etməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar