Bir vaxtlar sayının 99 faizdən çox azalması ilə nəsli təhlükə altına düşən Bogong güvələrinin nəhəng miqrasiyası Avstraliyada yenidən müşahidə olunur.
Lent.az xəbər verir ki, bu barədə Phys.org məlumat yayıb.
Bu həşəratların sürüləri vaxtilə o qədər böyük olurdu ki, gecə səmasında ulduzların görünməsinə mane ola bilirdi.
2017-ci ildən başlayan quraqlıq, pestisidlər və yaşayış mühitinin itirilməsi populyasiyanın təxminən 99,5 faiz azalmasına səbəb olmuşdu. Alimlər böyük sürülərin yenidən görünməsini mühüm bərpa əlaməti hesab edirlər.