Deponu taxtabiti   basdı, reyslər ləğv olundu
03 oktyabr 2026 15:43 (UTC +04:00)

Deponu taxtabiti basdı, reyslər ləğv olundu

0

Böyük Britaniyada “Southeastern” şirkətinə məxsus qatarlarda taxtabitilərin aşkarlanması səbəbindən bəzi reyslər ləğv edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Şərqi Sasseksdə, Hastinqs yaxınlığında yerləşən “West Marina” deposunda qeydə alınıb. Həmin depo Londonla Kent arasında hərəkət edən qatar marşrutlarına xidmət göstərir.

Məlumata görə, əməkdaşlar çantalarında həşəratlar aşkar etdikdən sonra bəzi qatarlar xəttdən çıxarılıb. Maşinistlər yoluxmuş nəqliyyatda işləməkdən imtina ediblər və rəhbərliyin vəziyyətə kifayət qədər ciddi yanaşmadığını bildiriblər.

Sentyabrın 22-dən etibarən bir neçə qatar reysi ləğv olunub. Təkcə cümə günü ən azı üç reysin baş tutmadığı qeyd edilir.

İki maşinist kabinəsi sərnişin hissələrindən təcrid olunmaq üçün möhürlənib. Maşinistlərdən biri qoruyucu geyim tələb etsə də, ona belə vasitənin verilmədiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar