Millətlər Liqası: Xorvatiya tarixinin ən ağır  məğlubiyyəti - İngiltərə 7 qol  vurdu
03 oktyabr 2026 23:28 (UTC +04:00)

Millətlər Liqası: Xorvatiya tarixinin ən ağır məğlubiyyəti - İngiltərə 7 qol vurdu

0

İngiltərə millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə Xorvatiya yığmasını 7:0 hesabı ilə məğlub edib.

Lent.az xəbər verir ki, Riyekada keçirilən qarşılaşmada Harri Keyn 8-ci və 53-cü, Cud Bellinqem 21-ci, Entoni Qordon 39-cu, Bukayo Saka 45-ci və 68-ci, Morqan Rocers isə 87-ci dəqiqədə fərqlənib.

İngiltərə Xorvatiya millisinin səfər oyununda qapısına beş və daha çox qol vuran ilk komanda olub. İngilislər buna qədər Xorvatiyanı səfərdə yalnız bir dəfə – 2008-ci ilin sentyabrında 2010-cu il dünya çempionatının seçmə mərhələsində məğlub etmişdilər. Həmin qarşılaşma 4:1 hesabı ilə başa çatmışdı.

Bu, Xorvatiya millisinin tarixində ən böyükhesablı məğlubiyyət olub. Komanda bundan əvvəl 2018-ci ilin sentyabrında Millətlər Liqasının qrup mərhələsində İspaniyaya səfərdə 0:6 hesabı ilə uduzmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar