Rusiyalı müğənni Leonid Aqutin populyarlığın sənətçilərin psixologiyasına necə təsir etdiyindən danışıb.
Lent.az xəbər verir ki, bu barədə “7 Дней” məlumat yayıb.
Aqutin etiraf edib ki, özü də karyerasının yüksəliş dövründə “ulduz xəstəliyi” mərhələsindən keçib. Onun sözlərinə görə, şöhrət qazanan sənətçilərin əksəriyyəti müəyyən müddət bu problemlə üzləşir.
Müğənni bəzi həmkarlarının bir neçə ilə bu vəziyyətdən çıxdığını, bəzilərinin isə illər keçsə də dəyişmədiyini bildirib.