Həkimlər niyə hər gün  bir qaşıq zeytun yağı  içməyi məsləhət görür?
30 may 2026 10:43 (UTC +04:00)

Həkimlər niyə hər gün bir qaşıq zeytun yağı içməyi məsləhət görür?

0

Mütəxəssislər hər gün səhər az miqdarda zeytun yağı qəbul etməyin vacib səbəblərini açıqlayıblar.

Lent.az zeytun yağının səhər qəbul edilməsinin üstünlüklərini sadalayır:

Yaddaşı gücləndirir

Zeytun yağının müntəzəm istifadəsi beyin hüceyrələrində amiloid lövhəciklərinin yaranmasının qarşısını almağa kömək edə bilər. Bu lövhəciklər çox vaxt alzheimer xəstəliyi və demensiyanın inkişafı ilə əlaqələndirilir.

Sinir sistemini gücləndirir

Zeytun yağında olan polifenollar immun sisteminə müsbət təsir göstərir və orqanizmi sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edir.

Maddələr mübadiləsini sürətləndirir

Zeytun yağı xüsusilə qəbizlikdən əziyyət çəkən insanlar üçün faydalı hesab olunur. Tərkibindəki sağlam yağlar bağırsaqların normal fəaliyyətini və peristaltikasını dəstəkləyir, köp və şişkinliyin qarşısını almağa kömək edir.

İltihab əleyhinə təsir göstərir

Zeytun yağında olan omega-3 yağ turşuları orqanizmdə iltihabi proseslərin azalmasına kömək edə bilər.

Sümük və oynaq sağlamlığını qoruyur

Mikroelementlərlə zəngin olması zeytun yağını sümüklər və oynaqlar üçün faydalı məhsula çevirir. Dietoloqlar artritin profilaktikası üçün onu digər faydalı yağ turşuları ilə zəngin qidalarla birlikdə qəbul etməyi tövsiyə edirlər. 

Dərinin vəziyyətini yaxşılaşdırır

Zeytun yağının antibakterial və iltihabəleyhinə xüsusiyyətləri onu kosmetik vasitələrdə də populyar edir. O, qızartıları, şişkinliyi və qırışların dərinliyini azaltmağa kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar