Soyuqdəymə və qrip peyvəndi mütəxəssisi Fil Sayzer, qışda tez-tez soyuqdəymə ilə qarşılaşan ingilislərə faydalı məsləhətlər verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ingilis həkim onlara öskürək və burun axıntısını cinsi əlaqədə müalicə etmələrini tövsiyə edib.
Məlumata görə, alimlərin araşdırmaları sübut edib ki, sevgi yaratmaq yalnız burun tutulması problemini müvəqqəti həll etmir, həm də immunitet sistemini gücləndirən immunoqlobulin A (IgA) istehsalının artmasına kömək edir.
Qeyd edilir ki, Böyük Britaniyada qadınlar kişilərdən daha çox xəstə partnyoru ilə cinsi əlaqədən imtina edirlər. Eyni zamanda, ölkə sakinlərinin 75 faizi hətta virusa yoluxmaq qorxusundan soyuqdəymə olan tərəfdaşlarla öpüşməkdən çəkinirlər.
“Bu viruslarla sağlam qidalanma, fiziki fəaliyyət — seçdiyiniz hər hansı bir formada və aşılama yolu ilə mübarizə aparmaq üçün təbii immunitet sistemimizi dəstəkləyə bilərik”, - həkim deyib.