Gəncədə yeniyetməni bıçaqlayan şəxs tutulub.
Lent.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N. Cəfərov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
Saat 09:25
Gəncədə 16 yaşlı yeniyetmənin bıçaqlanması ilə bağlı təfərrüat məlum olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, Cəfərov Nihad Ramil oğlu ilə Bayramov Ruzi Elvin oğlu arasında mübahisə baş verib. Mübahisə zamanı Nihad üzərində gəzdirdiyi bıçaqla R.Bayramovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə Ruzi ağır xəsarətlər alıb.
Faktla bağlı cinayhət işi başlanıb.
***
9 avqust, saat: 22:25
Gəncədə 16 yaşlı yeniyetmənin bıçaqlanması hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü R. Bayramov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yeniyetmə dərhal əməliyyat olunub. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
R. Bayramovun hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.