Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə  çatdı
10 sentyabr 2026 19:46 (UTC +04:00)

Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı

0

Yaponiyada 2025-ci ildə qeydə alınan intiharların sayı rekord həddə düşsə də, yeniyetmələr arasında bu rəqəm artmaqdadır və qeydlər başladığı vaxtdan bəri ən yüksək səviyyəyə çatıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin baş katibi Minoru Kihara keçirdiyi mətbuat konfransında bildirib.

O, Yaponiyada intiharın qarşısının alınması həftəsi münasibətilə vəziyyətin son dərəcə ciddi olaraq qaldığını vurğulayıb: "Keçən il intiharların sayı qeydə alınan ən aşağı göstərici olub. Lakin ibtidai, orta və lisey şagirdləri arasında bu halların sayı rekord həddə çatıb".

Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 19.188 intihar hadisəsi qeydə alınıb - 1980-ci ildə statistika aparılmağa başlandıqdan bəri ilk dəfə bu rəqəm 20.000-dən aşağı düşüb. Bundan əlavə, yetkinlik yaşına çatmayanlar arasında intiharların sayı ardıcıl ikinci ildir ki, artaraq 1082-yə çatıb. 2025-ci ildə ibtidai, orta və lisey şagirdləri arasında 538 intihar hadisəsi qeydə alınıb ki, bu da yeni rekord göstəricidir.

Kihara bildirib ki, ölkə hakimiyyəti psixi sağlamlıq, sosial müdafiə və məşğulluq yardımını birləşdirərək məsləhət və hərtərəfli dəstək sistemini genişləndirməyə davam edir. 

"Uşaqlar və gənclər arasında intiharın qarşısının alınması baxımından, biz sosial media və ehtiyacı olan uşaqların və gənclərin erkən müəyyən edilməsinə yönəlmiş proaktiv dəstək vasitəsilə məsləhət xidmətlərini genişləndiririk", - o izah edib.

Nazirlər Kabinetinin katibi əlavə edib ki, Yaponiyada intiharın qarşısının alınması həftəsi çərçivəsində bu mövzuda maarifləndirmə səyləri gücləndiriləcək və hökumətin Yaponiyada "heç kimin intihara meyl etmədiyi" bir cəmiyyət yaratmaq üçün əlindən gələni edəcəyinə söz verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 68

Oxşar yazılar