Lənkəranın kəndlərinə dolu yağdı
10 oktyabr 2026 10:07 (UTC +04:00)

Lənkəranın kəndlərinə dolu yağdı

0

Lənkəran rayonunda bu gün səhər saatlarından etibarən qeyri-sabit hava şəraiti müşahidə olunur.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, ardınca intensiv yağış yağıb.

Saat 9 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.

Təxminən 4-5 dəqiqə davam edən doludan sonra ərazilərə intensiv yağış yağıb, bəzi yerlərdə ağaclar aşıb.

Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir.

Dəymiş mümkün ziyanla bağlı əlavə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar