Arda Gülerin “Real”dakı gələcək taleyi  bəlli oldu
10 sentyabr 2026 19:20 (UTC +04:00)

Arda Gülerin “Real”dakı gələcək taleyi bəlli oldu

0

“Real" türkiyəli futbolçu Arda Gülerlə müqaviləni uzatmağa hazırlaşır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı futbolçunun son dövrlərdə göstərdiyi oyunundan razıdır və onu uzun müddət komandada saxlamaq istəyir.

Məlumata görə, tərəflər yeni müqavilənin əsas şərtləri ilə bağlı razılığa gəlib və hazırda son detallar üzərində işləyirlər.

Arda Gülerin 2029-cu ildə başa çatacaq hazırkı müqaviləsinin 2031-ci ilədək uzadılması nəzərdə tutulur. Yeni anlaşma futbolçunun maaşının da artırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Arda Güler baş məşqçi Joze Mourinyonun da etimadını qazanan futbolçulardan birinə çevrilib. Portuqaliyalı mütəxəssis son oyunlardan sonra da türkiyəli yarımmüdafiəçinin çıxışından razılığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 64

Oxşar yazılar