Kanye Uest və Byanka Sensori  yenidən evlənirlər
29 noyabr 2026 15:31 (UTC +04:00)

Kanye Uest və Byanka Sensori yenidən evlənirlər

0

Kanye Uest və Byanka Sensori yenidən evlilik andı içməyə hazırlaşırlar. 
Avstraliyalı modelin qohumu canlı yayım zamanı gözlənilmədən qarşıdan gələn mərasimin təfərrüatlarını açıqlayaraq cütlüyün planlarından danışıb.

Lent.az-ın xarici mediaya istinadən məluamtına görə, Kelli adlı bir qadın Avstraliyanın "Fifi, Fev & Nick" verilişində "Hansı məşhurla qohumsunuz?" adlı verilişə zəng edib. O, aparıcılara Byankanın anası Aleksandra Sensorinin əmisi oğlu olduğunu deyib.

"Ailəmizin çox hissəsi gələn ay toylarına gəlməyə hazırlaşır", - Kelli deyib. Aparıcılar cütlüyün artıq evli olduqlarını xatırlatdıqda, Kelli aydınlıq gətirib: "Bəli, onlar evlidirlər, amma andlarını yeniləyəcəklər".


Lakin Kellinin özü mərasimə dəvət almayıb. Aparıcılar ondan iştirak etməyi planlaşdırıb-planlaşdırmadığını soruşduqda, o, yumorla "Mən dəvət olunmamışam" cavabını verib.

O, qarşıdan gələn tədbir haqqında əlavə məlumat verməyib. Lakin, X sosial şəbəkəsində şadlıq mərasiminin 2026-cı il dekabrın 20-də Beverli-Hillzdə keçirilə biləcəyini göstərən dəvətnamənin fotosu yayılıb. Bu paylaşımın həqiqiliyi təsdiqlənməyib.

Kanye Uest və Byanka Sensori 2022-ci il dekabrın 20-də Kaliforniyanın Palo-Alto şəhərində gizli şəkildə evləniblər və məxfi nikah lisenziyası alıblar. Bu, reperin Kim Kardaşyandan rəsmi olaraq boşanmasından bir aydan az müddət sonra baş verib.

Kanye və Byanka hələ ki yenidən nikah andı içmək planlarını açıq şəkildə təsdiqləməyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar