Bütün sürücülər daxili yanma mühərrikli avtomobilləri geridə qoymağa hazır deyillər, lakin artıq çox sayda elektrik avtomobili mövcuddur. Avtomobil seçmək çətin ola bilər, çünki yürüş məsafəsi, doldurma müddəti və dəyəri də daxil olmaqla bir çox amil nəzərə alınmalıdır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Consumer Reports ekspertləri mütləq nəzərdən keçirməyə dəyər bir elektrik avtomobili müəyyən ediblər. Sürücülər də bu modeli tövsiyə edirlər.
Qeyd olunur ki, bütün qeyri-lüks elektrik avtomobilləri arasında yalnız bir model tövsiyə olunub: yenilənmiş Tesla Model 3. Bu, Amerika brendinin ən populyar modellərindən biridir.
Ekspertlərin sözlərinə görə, Tesla Model 3 elektrik avtomobili sürətli sürətlənməsi, xoş idarəetməsi və sürətli doldurulması ilə əməlli-başlı təəccübləndirəcək. Avtomobil həmçinin təhlükəsizlik baxımından da yüksək qiymətlər alıb.
Məlumatda qeyd olunub ki, Tesla Model 3-ün yürüşü modeldən asılı olaraq 350 kilometrdən 670 kilometrə qədər dəyişir. Model həmçinin Full Self-Driving avtonom sürücülük sistemi ilə təklif olunur.
Tesla Model 3-ün digər xüsusiyyətlərinə avtomobilin ətrafındakı mühiti izləyən Sentry Mode və ev heyvanınız içəridədirsə, avtomobildə park edilərkən optimal iqlim nəzarəti parametrlərini saxlayan Pet Mode daxildir.