Həmkəndlisi Gədəbəy sakinini bıçaqlayıb öldürdü
25 avqust 2026 20:24 (UTC +04:00)

Həmkəndlisi Gədəbəy sakinini bıçaqlayıb öldürdü

0

Gədəbəydə qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 53 yaşlı İ. Hüseynov bıçaqlanaraq qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində  Gədəbəy rayon Arıqdam kənd sakini 53 yaşlı İ. Hüseynovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən həmkəndlisi 51 yaşlı Qalib Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 142

Oxşar yazılar