Yamal bir oyunda Mbappenin nüfuzunu yerlə-yeksan etdi
10 sentyabr 2026 10:51 (UTC +04:00)

Yamal bir oyunda Mbappenin nüfuzunu yerlə-yeksan etdi

0

Lamin Yamal 19 yaşında “Barselona” tarixinin ən gənc kapitanı olub. O, Çempionlar Liqasının ilk turunda “Feyenoord”la keçirilən və 5:1 hesabı ilə başa çatan qarşılaşmada kapitan sarğısını taxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ispaniyalı hücumçu görüşdə 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Bununla da o, Çempionlar Liqasında gənc futbolçular arasında məhsuldarlıq göstəricisinə görə Kilian Mbappeni geridə qoyub. Hazırda onun hesabında 11 qol və 10 məhsuldar ötürmə var.

“Barselona”da ən gənc kapitan rekordu bundan əvvəl Boyan Krkiçə məxsus idi. O, 2010-cu ildə 20 yaşında İspaniya Kubokunun oyununda komandanı kapitan kimi meydana çıxarıb.

Kapitan sarğısını Yamala əsas kapitan Rafinya verib. Braziliyalı futbolçu 71-ci dəqiqədə əvəzlənərək meydanı tərk edib.

Mbappenin eyni yaşda 13 qol və 7 məhsuldar ötürməsi olub. Turnirin ən məhsuldar gənc futbolçuları sırasında Cud Bellinqem 6 qol və 5 ötürmə, Erlinq Holand isə 10 qol və 1 ötürmə ilə yer alır.

“Barselona” Çempionlar Liqasının ümumi mərhələsində növbəti oyununu oktyabrın 13-də “Qalatasaray”a qarşı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar