Məşhur şoumen infarkt  keçirib? - Bacısından AÇIQLAMA
10 sentyabr 2026 19:07 (UTC +04:00)

Məşhur şoumen infarkt keçirib? - Bacısından AÇIQLAMA

0

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin infarkt keçirməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 69 yaşlı şoumenin yeni layihəsi üçün hazırlıq və məşq zamanı qəfil halının pisləşdiyi, daha sonra xəstəxanaya aparıldığı iddia olunub.

Xəbərlər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq onun pərəstişkarları arasında narahatlıq yaradıb.

Məsələ ilə bağlı Mehmet Ali Erbilin bacısı, endokrinologiya və metabolizma xəstəlikləri üzrə mütəxəssis professor Yeşim Erbil açıqlama verib. O, qardaşının infarkt keçirmədiyini və stent taxılmadığını bildirib.

Yeşim Erbil şoumenin hazırda evində olduğunu və səhhətinin yaxşı olduğunu qeyd edib.

Mehmet Ali Erbilin mətbuat katibi Perim Özgeldi də yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Mehmet Ali bəy özünü çox yaxşı hiss edir, səhhəti yaxşıdır. Belə bir hal baş verməyib”, - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 48

Oxşar yazılar