Messi İspaniya klubunu alır
09 sentyabr 2026 16:14 (UTC +04:00)

Messi İspaniya klubunu alır

0

Lionel Messi İspaniya çempionatının ikinci divizionunda çıxış edən “Eldense” klubunun alınması ilə bağlı ilkin razılığa gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, argentinalı futbolçu klubun səhmlərinin 100 faizini almağı planlaşdırır. Sövdələşmədə kənar investorların iştirakı nəzərdə tutulmur.

Hüquqi prosedurlar və aktivlərin yoxlanılması başa çatdıqdan sonra alqı-satqı barədə rəsmi açıqlama veriləcək. Messinin klubu alması İspaniyanın Ali İdman Şurası tərəfindən də təsdiqlənməlidir.

Qeyd edək ki, Messi avqustun 31-də Argentina millisində karyerasını başa vurduğunu açıqlayıb. 39 yaşlı futbolçu bu qərarın onun üçün ağrılı olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar