Almaniyada futbolçu qıza görə  komanda yoldaşını zəhərləyib öldürdü
09 sentyabr 2026 13:00 (UTC +04:00)

Almaniyada futbolçu qıza görə komanda yoldaşını zəhərləyib öldürdü

0

Almaniyada polis komanda yoldaşını zəhərləməkdə şübhəli bilinən 35 yaşlı futbolçu Marius Vetsi həbs edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, “TuS Rockenberg” klubunun 30 yaşlı futbolçusu Filipp Laybiq Drezdendə keçiriləcək turnirə gedərkən özünü pis hiss edib. Evə qayıtdıqdan sonra vəziyyəti kəskin pisləşib. O, xəstəxanaya yerləşdirilib və iyunun 16-da həyatını itirib.

Həkimlər əvvəlcə futbolçuların yediyi balığın onun ölümünə səbəb ola biləcəyini düşünüblər. Lakin digər şəxslərdə heç bir zəhərlənmə əlaməti olmayıb. Ekspertiza nəticəsində Laybiqin orqanizmində çoxsaylı orqan çatışmazlığına səbəb olan toksin aşkarlanıb.

Vets sentyabrın 1-də saxlanılıb. İstintaqın versiyasına görə, o, toksini Laybiqin orqanizminə daxil edib. Lakin zəhərlənmənin hansı üsulla həyata keçirildiyi hələ müəyyənləşdirilməyib. Hadisənin motivi də rəsmi şəkildə açıqlanmayıb.

Yerli medianın məlumatına görə, iki futbolçu arasında bir qadına görə münaqişə olub.

Marius Vetsin toyuna hazırlaşdığı da bildirilir. Toy mərasiminin sentyabrın ortalarında keçirilməsi planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar