Hamı dəfnə yığılmışdı: 10 gün sonra  dağıntılar altından sağ tapıldı
09 sentyabr 2026 13:14 (UTC +04:00)

Hamı dəfnə yığılmışdı: 10 gün sonra dağıntılar altından sağ tapıldı

0

Nepalda 64 yaşlı qadın dəfn mərasiminin keçirildiyi gün sağ tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, məlum olduğu kimi, təbii fəlakət avqustun 26-da ölkəni vurub. Betravati kənd sakini Çandrika Şrestha evdə olarkən dördmərtəbəli bina sel və palçıq axını nəticəsində dağılıb. Nəticədə qadın da dağıntılar altında qalıb.

Yaxınları onu sentyabrın 4-dək axtarıblar. Oğlu bir neçə dəfə hadisə yerinə gəlsə də, dağıntılar səbəbindən evə yaxınlaşa bilməyib.

Sentyabrın 5-də ailə artıq ümidini üzərək, simvolik dəfn mərasimi keçirib. Elə həmin gün dağıdılmış evin yaxınlığından keçən xilasedicilər zəif səs eşidiblər.

Doqquz nəfərdən ibarət xilasedici qrup dağıntıları təmizləməyə başlayıb və 45 dəqiqə sonra qadını sağ çıxarmağa nail olub.

Bundan sonra Şrestha kədər içində olan qohumlarına zəng edərək sağ olduğunu bildirib.

Məlum olub ki, qadın binanın son mərtəbəsində yaranan hava boşluğu sayəsində həyatda qala bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar