İmişlidə iti asıb öldürən  HƏBS OLUNDU
09 sentyabr 2026 16:32 (UTC +04:00)

İmişlidə iti asıb öldürən HƏBS OLUNDU

0

İmişlidə iti işgəncə ilə öldürən həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Əliyetməzli kəndində qeydə alınıb.

Kənd sakini 45 yaşlı Bəhram Hacıyev (şərti adla) iti dirəkdən asaraq, ona işgəncə verib. Onun bu rəhmsizliyi nəticəsində heyvan ölüb. Bəhram Hacıyevin bu əməlləri özü yaxud yanında olan digər şəxs tərəfindən telefon vasitəsilə kameraya çəkilib. Görüntülər sosial şəbəkələrdə yayılıb.

Bu görüntülərin yayılmasından sonra polis əməkdaşları Bəhramın yaşadığı evə yollanıblar. Həmin vaxt sərxoş halda olan Bəhram polisin qanuni tələbinə tabe olmayaraq, ünvansız nalayiq ifadələr işlədib.

O saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 274.4-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi, onun tələf olmasına səbəb olduqda) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə məhəl qoymamaq) maddələri ilə protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə B. Hacıyev 10 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar