Bakıda axtarışda   olan şəxs bərbərxanada   TUTULDU
09 sentyabr 2026 14:44 (UTC +04:00)

Bakıda axtarışda olan şəxs bərbərxanada TUTULDU

0

Bakıda axtarışda olan şəxs bərbərxanada tapılıb.

Lent.az-ın xəbərinə görə, hadisə Nizami rayonu, Q.Qarayev prospektində qeydə alınıb.

Ərazidə xidmətdə olan polis əməkdaşları axtarışa verilmiş 36 yaşlı Nadir Həsənovu (şərti adla) “Nazim” adlı bərbərxanada görüblər. Onlar Nadiri şöbəyə dəvət edərkən, o, qaçmağa çalışıb. Lakin polis əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq, şöbəyə aparılıb.

Onun barəsində müvafiq protokollar tərtib olunub.

Nadir Həsənov ifadəsində bildirib ki, barəsində mülkiyyətçi tərəfindən mülki iddia qaldırılıb. Ona görə axtarışa verilib. Nadir şöbəyə dəvət olunduğu halda polisdən qaçdığı üçün peşman olduğunu deyib. O, məhkəmədən barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə N. Həsənov 10 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar