Şəkidə 2 nəfərin ölümünə səbəb olan qurğu FHN-nin nəzarətində deyil - YENİLƏNİB
09 sentyabr 2026 16:49 (UTC +04:00)

Şəkidə 2 nəfərin ölümünə səbəb olan qurğu FHN-nin nəzarətində deyil - YENİLƏNİB

2

"Şəkidə istirahət mərkəzində hadisənin baş verdiyi ərazidə quraşdırılmış “zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur".

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil: "Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyil və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".

***
8 avqust, saat: 21:17

Şəki Yaylası"nda qurğunun trosunun qırılması nəticəsində 2 nəfərin ölməsi faktı araşdırılır. 

Lent.az xəbər verir ki, faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

***

18:30

Şəkidə istirahət mərkəzində faciə yaşanıb. 

Lent.az xəbər verir ki, hadisə "Şəki yaylası"nda qeydə alınıb. 

Oraya istirahətə gedən iki nəfər trosun qırılması nəticəsində hündürlükdən yıxılaraq ölüblər.

Ölənlərin Qax rayon sakini 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 9711

Oxşar yazılar