Diplomsuzları   işə götürən tibb müəssisəsi CƏRİMƏLƏNDİ
09 sentyabr 2026 18:03 (UTC +04:00)

Diplomsuzları işə götürən tibb müəssisəsi CƏRİMƏLƏNDİ

0

Lənkəranda qanunsuz tibbi xidmət göstərilən müəssisə cərimələnib.

Lent.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Lənkəran şəhərindəki tibb xidməti göstərən müəssisədə plandankənar yoxlama keçirib. Nəticədə müəssisədə lisenziyadan kənar iş fəaliyyəti, tibbi təhsili olmayan şəxslərin tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

Faktla bağlı müvafiq maddə ilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə həmin obyektin məxsus olduğu MMC 6 min manat məbləğində inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar