Yanan maşın hərəkətə gəlib qarşısındakı avtomobilə çırpıldı - Şəmkirdə QƏRİBƏ QƏZA
09 sentyabr 2026 21:24 (UTC +04:00)

Yanan maşın hərəkətə gəlib qarşısındakı avtomobilə çırpıldı - Şəmkirdə QƏRİBƏ QƏZA

0

Şəmkirdə minik avtomobili yanıb.

Lent.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.

Belə ki yol kənarında  dayanmış vəziyyətdə olan "VAZ-21099" markalı minik maşını qəfildən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib.

Yanğın qısa müddətdə ərazisində yanğınsöndürənlər tərəfindən söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki avtomobil yanan zaman hərəkətə düşüb və nəticədə qarşısında dayanmış avtomobilə çırpılıb. 

Faktla bağlı araşdırma aparılır.


Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar