Apple “iPhone 18 Pro ” və “iPhone 18 Pro Max ” modellərini təqdim edib
09 sentyabr 2026 22:06 (UTC +04:00)

Apple “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini təqdim edib

0

Apple yeni nəsil “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” smartfonlarını rəsmi olaraq təqdim edib.

APA xəbər verir ki, şirkət bununla bağlı təqdimat mərasimi keçirib.

Yeni modellərin dizaynında əvvəlki nəsillə müqayisədə ciddi dəyişiklik edilməyib. “iPhone 18 Pro” 6,3 düymlük, “iPhone 18 Pro Max” isə 6,9 düymlük ekrana malikdir.

Smartfonlar qara, gümüşü, “buzlaq” və “burqundiya” olmaqla dörd rəngdə satışa çıxarılacaq.

Yeni modellər 2 nanometrlik texnologiya əsasında hazırlanmış “A20 Pro” prosessoru ilə təchiz edilib. Smartfonlarda litium-ion batareyanın əvəzinə silikon-karbon akkumulyatorundan istifadə olunub.

Apple-ın məlumatına görə, “iPhone 18 Pro” bir dəfə enerji ilə doldurulduqdan sonra 24 saatadək, “iPhone 18 Pro Max” isə 30 saatadək işləyə biləcək.

Bundan başqa, “Dynamic Island” elementi “iPhone 18 Pro” modelində daha kompakt ölçüyə malik olub.

ABŞ-də 256 GB daxili yaddaşa malik “iPhone 18 Pro”nun qiyməti 1 199 dollardan, “iPhone 18 Pro Max”ın qiyməti isə 1 299 dollardan başlayacaq. Satışlara sentyabrın 18-də start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar