"Mançester Siti"nin 26 yaşlı norveçli hücumçusu Erlinq Haland Çempionlar Liqasının ilk turunda "Porto"ya qarşı oyunda iki qol vuraraq qollarının sayını 59-a çatdırıb və turnirin bombardiri kimi "Bavariya"nın keçmiş hücumçusu Tomas Mülleri (57) geridə qoyub. Haland yeddinci yerə yüksəlib.
Lent.az-ın xəbərinə görə, "Real"ın fransız hücumçusu Kilian Mbappe Çempionlar Liqasında 99 oyunda 71 qol vuraraq altıncı yerdədir.
Kriştiano Ronaldo 140 qolla Çempionlar Liqasının ən çox qol vuran oyunçusudur.