Lyuis Hamiltonun qəlbini  kim qırıb: Şerzinger, Hadid, Rihanna və digərləri
09 sentyabr 2026 18:55 (UTC +04:00)

Lyuis Hamiltonun qəlbini kim qırıb: Şerzinger, Hadid, Rihanna və digərləri

0

“Formula-1” ulduzu Lyuis Hamilton təkcə yarışdakı uğurları ilə deyil, şəxsi həyatı ilə də illərdir diqqət mərkəzindədir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, müxtəlif dövrlərdə onun adı dünya şöhrətli müğənnilər və modellərlə hallanıb. Hamiltonun ən çox müzakirə olunan münasibətlərindən biri “Pussycat Dolls” qrupunun keçmiş solisti Nikol Şerzingerlə olub. Cütlüyün münasibətləri 2007-ci ildə başlayıb və onlar uzun müddət sevgilərini gizlətməyiblər.

Bundan əvvəl Hamiltonun britaniyalı model Daniel Lloydla münasibət yaşadığı bildirilib. Onların Londondakı gecə klublarından birində tanış olduqları, lakin məsafəli münasibətin uzun sürmədiyi qeyd olunur.

2015-ci ildə isə məşhur pilotun adı supermodel Cici Hadidlə hallanmağa başlayıb. Lakin tərəflər heç vaxt münasibətdə olduqlarını nə təsdiqləyib, nə də təkzib ediblər.

Həmin il Hamiltonla Rihanna arasında da sevgi münasibətinin olduğu barədə şayiələr yayılıb. Pilot isə daha sonra onların sadəcə dost olduqlarını bildirib.

2016-cı ildə Hamiltonun adı bu dəfə müğənni Rita Ora ilə yanaşı çəkilib. Onların tez-tez birlikdə görünməsi münasibət iddialarına səbəb olsa da, tərəflər bunu rəsmən təsdiqləməyiblər.

Beləliklə, yeddiqat “Formula-1” dünya çempionunun şəxsi həyatı illər ərzində bir sıra məşhur adlarla əlaqələndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar