Braziliyalı ulduz Neymar, ziyarət etdiyi saat mağazasında ona hədiyyə edilən "Üç meymun" mövzulu saat alıb. Neymarın xüsusi hazırlanmış saatı tərəddüd etmədən almaq qərarına gəldiyini izləyənlər "Pul rahatlıq gətirir" deməməkdən özlərini saxlaya bilməyiblər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, braziliyalı futbolçu Neymar saat mağazasında müxtəlif modelləri araşdırarkən ona xüsusi "Üç meymun" mövzulu saat göstərilib.

Neymar, ona göstərilən saatı diqqətlə araşdırdıqdan sonra modeli bəyənib və onu almaq qərarına gəlib. Neymarın alış zamanı rahat davranışı, seçdiyi saat qədər diqqətəlayiq olub.
Neymarın xüsusi hazırlanmış saatı aldığını göstərən görüntüləri izləyənlər ulduz futbolçunun rahatlığına cavab olaraq "Pul rahatlıq gətirir" deyə şərh verməkdən özlərini saxlaya bilməyiblər.