Alimlər qəhvənin qaraciyər xəstəliklərinə necə təsir etdiyini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qəhvə qaraciyər hüceyrələrini zədələnmədən qoruyur.
Tədqiqatçılar bildiriblər ki, qəhvə içmək hepatositlərdə həddindən artıq piy yığılması ilə xarakterizə olunan qaraciyər yağlanması xəstəliyinin, həmçinin 2-ci tip şəkərli diabet və xərçəng kimi digər təhlükəli xəstəliklərin qarşısını ala bilər.
Araşdırmalara görə, qəhvə bədəndəki qoruyucu antioksidantların miqdarını da artırır. Qəhvə qaraciyərin fibrozuna qarşı qoruyucu təsir göstərir. Bununla da qaraciyər sirrozunun yaranmasının qarşısını alır.