Nefroloq Mixail Eliseyev xəbərdarlıq edib ki, çox duzlu qidalar böyrəklərə zərər verir, çünki onlar orqanizmdə mayeni toplayır.
Lent.az xəbər verir ki, həkim böyrəklər üçün təhlükəli olan bu və digər qidaların adını çəkib.
Eliseyev duzlu qidaların həddindən artıq istehlakı səbəbindən böyrəklərin bədəndən artıq natrium çıxarmaq üçün intensiv işləməli olduğunu deyib. Buna görə bədəndə toplanan maye şişməyə səbəb ola bilər və bu da qan təzyiqinin artmasına səbəb olur.
Evdə hazırlanmış konservlər, fast food və yarımfabrikatlarda çoxlu duz olduğu üçün risklidir.