Yaşamaq üçün  ən yaxşı   şəhərlər - ilk onluq Avropadadır
03 oktyabr 2026 13:06 (UTC +04:00)

Yaşamaq üçün ən yaxşı şəhərlər - ilk onluq Avropadadır

0

Dünyanın yaşamaq üçün ən yaxşı şəhərlərinin reytinqi açıqlanıb. Siyahının ilk onluğunda yalnız Avropa şəhərləri yer alıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, reytinqində Niderland şəhərləri liderlik edir. Haaqa 227,7 balla birinci, Eyndhoven ikinci, Rotterdam üçüncü, Utrext isə dördüncü olub.

Niderlandın Qroningen və Amsterdam şəhərləri də müvafiq olaraq səkkizinci və doqquzuncu yerləri tutub. Beləliklə, ilk onluqdakı altı şəhər Niderlandın payına düşüb.

İlk onluqda hansı şəhərlər var?

Reytinqin beşinci pilləsində Belçikanın Gent şəhəri, altıncı pilləsində Lüksemburq, yeddinci pilləsində isə Almaniyanın Ştutqart şəhəri qərarlaşıb. İlk onluğu İsveçin Göteborq şəhəri tamamlayıb.

Avstriyanın paytaxtı Vyana 205 balla 11-ci yerdə yerləşib.

Ukrayna şəhərləri siyahının aşağı sıralarındadır

Reytinqə Ukrayna şəhərləri də daxil edilib. Lvov 139 balla 218-ci, Xarkov 126 balla 240-cı, Kiyev isə 122 balla 253-cü olub. Odessa 265-ci, Dnepr isə 269-cu yerdə qərarlaşıb.

Rusiyanın paytaxtı Moskva siyahıda 244-cü yeri tutub. Reytinqin son sıralarında Laqos, Dəkkə və Manila şəhərləri yer alıb.

Şəhərlər hansı meyarlarla qiymətləndirilib?

Şəhərlər səkkiz meyar üzrə qiymətləndirilib. Bunlara alıcılıq qabiliyyəti, təhlükəsizlik, səhiyyə, yaşayış xərcləri, mənzil qiymətlərinin gəlirlərə nisbəti, işə gedərkən yolda sərf olunan vaxt, ətraf mühitin çirklənməsi və iqlim daxildir.

Analitiklər Haaqanın birinci olmasını bir neçə əlverişli amillə əlaqələndiriblər. Yüksək alıcılıq qabiliyyəti, təhlükəsizlik və səhiyyə göstəricilərinin yaxşı olması, ətraf mühitin az çirklənməsi və işə gedişin təxminən 20 dəqiqə çəkməsi şəhərin liderliyini təmin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar