“Bozun 50 çaları” erotik filmi Nizami Kino Mərkəzində nümayiş olunacaq
13 fevral 2015 02:25 (UTC +04:00)

“Bozun 50 çaları” erotik filmi Nizami Kino Mərkəzində nümayiş olunacaq

“Bozun 50 çaları” filmi Nizami Kino Mərkəzində nümayiş olunacaq. Mərkəzdən APA-ya verilən məlumata görə, fevralın 12-dən etibarən nümayişlər başlanacaq. Nizami Kino Mərkəzi nümayişlərə azyaşlı uşaqların gətirilməsini tövsiyə etmir.

Qeyd edək ki, filmi rejissor Sem Teylor - Conson E.L. Ceymsin eyniadlı roman-bestselleri əsasında çəkib. Ekran əsəri dram və melodram janrlarının remiksidir.

Filmdəki obrazları aktyorlar Ceymi Dornan, Dakota Conson, Lyuk Qrayms, Viktor Rasuk, Eloiza Mamford, Marşa Qey Harden, Rita Ora, Maks Martini, Kallum Kit Renni, Cennifer İli və başqaları canlandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626
avatar

Oxşar yazılar