Park Sinema tamaşaçılara 3 yeni bədii film təqdim edəcək. Alış-veriş Mərkəzinin mətbuat xidmətindən Lent .az-a verilən məlumata görə, “Əlavə təsir”, “İblisin son qovulması ”,” İkinci gəliş”, “Dyatlov aşırımı” filmləri fevralın 28-dən ekranlara çıxacaq. “Dyatlov aşırımı” haqqında daha ətraflı məlumat verən kinoteatrın direktoru Namiq Quliyev deyib ki, film İqor Dyatlovun rəhbərliyi altında 9 nəfər təcrübəli turistin müəmmalı həlakından bəhs edir: “Turist qrupunun müəmmalı şəkildə həlak olması amerikalı tələbə Xolli Kinqə rahatlıq vermir. Qrant udduqdan və komanda yığdıqdan sonra gənc qız və onun dostları, 1959-cu ildə həyata keçirilən ekspedisiyanın marşrutunu təkrarlamaq və onların həlak olması səbəblərini öyrənmək üçün Şimali Urala yola düşürlər”.
Maraqlı süjet xətti, aktyorların ustalığı filmi daha da maraqlı edib.
Qeyd edək ki, hər üç filmin premyerası Park Sinema -da baş tutacaq.