Türkiyəli musiqiçi Fatih Erkoç keçirdiyi infarktdan sonra həyata münasibətinin dəyişdiyini bildirib.
Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.
73 yaşlı sənətçi həyat yoldaşı Mehlika Erkoçla 39 ildir evli olduğunu xatırladıb.
Erkoç infarktdan əvvəl daha əsəbi olduğunu və bəzən həyat yoldaşının qəlbini qırdığını etiraf edib. Sənətçi səhhətindəki problemdən sonra daha sakit insana çevrildiyini bildirib.