Fidan Hacıyeva İtaliyanı “fəth edir”
Müğənninin mətbuat katibinin Lent.az-a verdiyi məlumata görə, Fidan Hacıyeva vokal sənətinin vətəni sayılan İtaliya Puççininin “Sour Angelica” operasında əsas partiyanı ifa edib. İtaliyanın Rimini şəhərinin opera səhnəsində çıxış edən ilk azərbaycanlı ifaçı da məhz Fidan Hacıyeva olub. Əməkdar artist operanın nümayişinin çox uğurla baş tutduğunu bildirib və İtaliya tamaşaçılarının böyük rəğbətini qazanıb: “Çox xoşbəxtəm ki, Azərbaycanı bu cür uğurlu təmsil etmək şansı qazanmışam. İnşallah La-Skaladan da sizləri salamlayacağam. Buna artıq daha da yaxınam və bunun üçün əlimdən gələni edirəm”.
F.Hacıyeva onu da qeyd edib ki, İtaliyada səfər müddətində artıq ikİ konsertdə çıxış etmək təklifi alıb. Bu konsertlərdən biri Roma, digəri isə Milanda baş tutacaq. Konsertlərin iyulun ortalarında keçirilməsi nəzərdə tutulur. F.Hacıyevanın budəfəki İtaliya səfəri iyuNun 27-də yekunlaşacaq. Sözügedən konsertlərdə çıxış etmək üçün isə iyulda yenidən İtaliyaya gedəcək.
Operanın nümayişi iyunun 26-na kimi davam edəcək. Əvvəlcə Rimini şəhərində göstərilən opera Katolika, Fano, Pesaro, Bolonya, Cesena, Forli, Cento şəhərlərində də nümayiş olunacaq.
Ramilə Qurbanlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27