Bəxtiyar Vahabzadə Ankarada anıldı
Fevral ayında dünyasını dəyişən şair Bəxtiyar Vahabzadə Ankarada düzənlənən musiqili -şeirli gecədə yad edilib.
Lent az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ankara Dövlət Rəsm Heykəl Muzeyi tərəfindən düzənlənən yığıncağa Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay və Bəxtiyar Vahabzadənin oğlu Rəşad Vahabzadə, eləcə də bir çox dəvətli qatılıb.
Tədbirdə çıxış edən nazir Vahabzadəni türk dünyasının sönməyən ulduzlarından biri adlandırıb: “Türk dünyasına, insanlığa, azadlıq, müstəqillik pirinsiplərinə xidmət edənlər insanlığın gələcəyinə nümunə göstərilirlər. Onlar təkcə özlərinin deyil, cəmiyyətin müstəqilliyini sədaqətlə qoruyurlar. Onlar sadəcə bir millətin mənsubu deyil, insanlığın böyük övladlarıdır”.
Bəxtiyar Vahabzadənin oğlu içində iki fərqli hiss daşıdığını deyib: “Bunlardan biri dərin acı hissidir, bu mənim övladlıq duyğumdur. O biri isə böyük qürur hissidir, bir vətəndaş olaraq, azəri olaraq qürur duyuram”.
Anım gecəsi Ankara Dövlət Türk Dünyası Musiqisi birliyinin konserti ilə sona çatıb.
Lalə Yusifqızı

Oxşar yazılar

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37
Şəmistan Əlizamanlının yeni marşı çıxdı -VİDEO
13 avqust 2025 , 13:49"... şərtləri qəbul edərlərsə, gələrəm" - Cahangir Novruzovla MÜSAHİBƏ
11 avqust 2025 , 13:03